haberL haberR
İranın Ekologiya və Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Məsumə Ebtekar bu haqda açıqlama yayıb

İslamazeri.az-ın "Səhərtv"yə istinadən verdiyi xəbərə görə, İranın Ekologiya və Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Məsumə Ebtekar İran və Yaponiya ilk müştərək seminarında İran və Yaponiyanın Urmiya gölünün bərpası layihəsinin icrasında əməkdaşlığından xəbər verərək deyib: "İran və Yaponiya Urmiya gölünün ətrafında kənd qadınlarının təlimi üzrə proqramda əməkdaşlıq edirlər. Bu anlaşmaya əsasən, kənd qadınları bir potensialın yüksəldilməsi üzrə təlim proqramı ilə davamlı kənd təsərrüfatında əsaslı rolu oynayacaqlar."

Ebtekarın sözlərinə görə, bu proqram Yaponiyanın Kənd Təsərrüfatı Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Təşkilatının əməkdaşlığı ilə iqlim dəyişikliyinə əsaslanan işlərin icrası məqsədilə həyata keçirilir.

İranın Ekologiya və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Urmiya gölünün vərpası haqda "Bu proqramda kənd qadınları öz fondlarını təşkil etməklə, alternativ məşğuliyyət və kənd təsərrüfatı sahəsində potensialın yüksəldilməsi təlimində iştirak etməklə Urmiya gölünün bərpası və canlandırılmasında təsirli rolu oynayacaqlar. Dünyanın Davamlı İnkişafı Proqramının məqsədləri təsdiqləndikdən sonra bu proqramın 5-ci məqsədi qadınlara xüsusi diqqətin ayrılmasıdır.", - deyə danışıb.

Urmiyə gölünün vəziyyətinin yaxşılaşdığını deyən Ebtekar bildirib: "Bu gölün su səviyyəsi ötən ilin oxşar vəziyyəti ilə müqayisədə 40 santimetr yüksəlib və əhatəsi də 5 qat artıb."

"İranın şimal-qərbindəki yağıntıların yaxşı olması və Urmiya gölünün su haqqının təmin olunması sahəsində hökumətin uğurlu səyləri ilə gölə bitişən su yollarının təmizlənməsi, əkin formatının islah olunması, kənd təsərrüfatında suvarma metodlarının dəyişilməsi ilə Urmiya gölündə vəziyyətin daha da yaxşılaşmasının şahidi olacağıq.", - deyə İranın Ekologiya və Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Məsumə Ebtekar əlavə edib.

Qeyd edək ki, 19 avqust 2013-cü ildə İran Prezidenti Həsən Ruhani gölün qorunub saxlanılması probleminin həll edilməsi üzrə İşçi qrup yaradıb. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardımı ayırıb. 

Hazırda Urmiya gölü

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.