Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır

Saytımıza danışan ekspertlər qeyd ediblər ki, bu müəssisələr icra hakimiyyətlərinə veriləndən sonra xeyli problemlər yaşanıb. Hətta İcra hakimiyyətləri uşaq bağçalarına “JEK”lərə olan münasibəti göstərirlər.
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Modern.az saytına açıqlama verib.
O, qeyd edib ki, yaxın vaxtlarda “Məktəbəqədər təhsil müəssisələri haqqında” qanun layihəsinə baxılacaq.
“Bunun üçün işçi qrupu formalaşdırılıb, dünyada mövcud olan təcrübə öyrənilir, mütəxəssislər iş aparır:
“Yaxın günlərdə işçi qrupunun ilk iclası olacaq. Burada məktəbəqədər təhsillə bağlı ən geniş vəzifələr, məqsədlər, məktəbəqədər təhsilin əhatə dairəsi, strategiyası ilə bağlı məsələlər öz əksini tapacaq. Məktəqədər təhsil müəssisələrinin hansı icraedici orqanın tərkibində qalaması ölkə başçısının fərmanı və sərəncamı ilə müəyyən olunur və qanunvericiliyin subyekti deyil. Azərbaycanda məktəbəqədər proses bir müddət əvvəl keçmiş sistemdən yeni sistemə keçidlə əlaqədar durğunluq yaşayırdı. Son vaxtlar aparılan müşahidələr onu göstərir ki, Azərbaycanda məktəbəqədər təhsil şəbəkəsi genişlənir, məzmunca da konkret hədəflər alır. Bu istiqamətdə problemlər də var, amma inkişaf sürəti nəzərə çarpacaq səviyyədə gələcəyə nikbin baxmağa verir”.
Əldə etdiyimiz məlumata görə, yeni qanun layihəsinin müzakirəyə çıxarılması məhz məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması üçündür.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.