haberL haberR

Uşaq qatili İsrail rejimindən qalmaqallı məhkəmə qərarı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 12.06.2015 12:56:49

İsrail rejimi yenidən haqsız qərar qəbul edib

İslamazeri.az "Reuters"-ə istinadən xəbər verir ki, sionist İsrail rejimi ordusu 2014-cü il iyulun 17-də Qəzza sahilində futbol oynayan 4 uşağın ölümü ilə bağlı cinayət işini kimsəyə cəza vermədən bağlayıb. Ordunun mətbuat katibi Peter Lerner "Pilotlar hüquqa uyğun hərəkət ediblər",  -deyə söyləyib.

Peter Lerner hədəfin uşaqlar olmadığnı bildirərək, qarşı tərəfin uşaqlardan müdafiə məqsədilə istifadə etdiyini bildirib . O söyləyib ki, hökm İsrailin qanunlarına tam uyğundur.

Xatırladaq ki, İsrail rejimi döyüş təyyarələrindən atılan bombalar, 2014-cü ilin 17 iyul tarixində Qəzza sahilində, jurnalistlərin yerləşdiyi otelin yaxınlığındakı sahildə futbol oynayan uşaqları vurmuş, dörd uşaq həyatını itirmişdi. Hücumdan sonra mətbuat konfransı keçirən HƏMAS hərəkatının mətbuat katibi Sami Əbu Zuhri, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Muna müraciət edərək, fələstinli uşaqların İsrail rejimi tərəfindən öldürülməsi ilə bağlı nə düşündüyü sualını vermişdi. Əbu Zuhri, "Cənab Pan Gi Mun, sahildə oynayan uşaqların öldürülməsi müharibə cinayəti deyilmi?", -deyə sual ünvanlamışdı.

Sionist İsrailin bu qərarından sonra sözügedən hücum zamanı Qəzzada olan jurnalistlər "Twitter"  vasitəsilə İsrail rejimini tənqid ediblər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.