haberL haberR

Uşaqlar üçün 3 yeni peyvənd tətbiq olunacaq

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 23.05.2016 14:17:16

“Azərbaycanda yeni peyvəndlərin tətbiqi ilə bağlı daim iş aparılır”.

APA-nın xəbərinə görə, respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, ölkədə gələcəkdə ilk olaraq su çiçəyinə, sonradan isə meningit və rotavirusa qarşı peyvəndlərin tətbiqi nəzərdə tutulub.

Onun sözlərinə görə, bu gün bəzi vaksinlər tam təkmilləşməyib: "Gözləyirik ki, su çiçəyinə qarşı tam texnoloji səviyyədə vaksinlər hazırlansın. Digər tərəfdən, su çiçəyinə yoluxma zamanı qaydalara riayət etdikdə onun nəticəsi xoşagələn olur. Peyvəndin fəsadı ola bilər. Biz ümumiyyətlə, heç bir fəsadı olmayan peyvəndi gözləyirik. Peyvəndin, yoxsa xəstəliyin fəsadı daha ağır ola bilər? Biz bunu müqayisə edirik. Hazırda müqayisə mərhələsindəyik. Su çiçəyinə qarşı yeni vaksinlərin istehsal olunması gözlənilir. O zaman Azərbaycanda su çiçəyinə qarşı 12-ci peyvənd tətbiq olunmağa başlanacaq".

N.Quliyev əlavə edib ki, ümumiyyətlə, insanlar 25-ə yaxın xəstəliyə qarşı peyvənd oluna bilər: “Rotavirus peyvəndi virus diareyalarına qarşıdır. Bu peyvəndin də daha da təkmilləşdirilməsi prosesi gedir. Buna qarşı tətbiq olunan peyvəndlərin bu gün təəssüf ki, bağırsaqda fəsadlarına rast gəlinir. Ona görə də bir qisim ölkələrlə yanaşı, Azərbaycanda da bu xəstəliyə qarşı peyvənd tətbiq edilmir".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.