haberL haberR

ÜST: “Ebola” virusunun yeni formasına qarşı vaksin yoxdur

Kateqoriya: Dünya Yayımlama tarixi: 23.01.2016 13:32:02

Syerra-Leonedə “Ebola” virusuna iki yeni yoluxma halı xəstəliyin ikinci nəslinə aiddir

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebola üzrə xüsusi nümayəndəsi Bryus Eylvard bəyan edib.

 

“Ebola" mutasiya edir. Xəstəliyin ikinci nəslinə aid vaksin hələ ki, yoxdur. Üçüncü nəsil formasının olub-olmayacağı isə hələ ki sual altındadır”, deyə B. Eylvard bildirib.

 

Yanvarın 21-də Ümumdünya Səhiyyə Təşkilatı Syerra-Leonedə “Ebola” virusuna yeni yoluxma halları qeydə alıb. Qeyd edək ki, 2015-ci ilin noyabrında ölkədə epidemiyanın sona çatdığı bəyan edilmiş, Syerra-Leone “Ebola”dan azad ölkə elan olunmuşdu. /APA

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.