haberL haberR

ÜST:“Ebola” virusuna qarşı peyvənd 2015-ci ilin əvvəlində hazır olacaq

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.10.2014 15:52:37

“Ebola” virusuna qarşı peyvənd hələ gələn il hazır olacaq

 

İslamazeri.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda bildirilir.

 

Hazırda mütəxəssislər iki növ peyvənd üzərində sınaqlar aparırlar. Nəticələr dekabrın əvvəlində məlum olacaq.

 

ÜST direktorunun köməkçici Mari Pol Kini hazırkı sınaqların vaksinin effektivliyi haqqında konkret bir fikir yürütməyə kömək edəcəyinə əmin olmadığını bildirib.

 

“Sınaqlar artıq ABŞ, Böyük Britaniya və Malidə keçirilir. Tezliklə İsveçrə, Almaniya və Keniyada da sınaqlara başlanılacaq. Bu ilkin sınaqdır. Testlər peyvəndin dozasını və onun nə dərəcədə təhlükəsiz olduğunu müəyyənləşdirməyə imkan verəcək", - deyə o vurğulayıb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.