haberL haberR

Üzərində Şah İsmayıl Xətainin təsviri olan konyaka tənqidi münasibət (Foto)

Kateqoriya: Münasibət Yayımlama tarixi: 25.05.2015 19:20:35 6051 dəfə oxunub.

Ekspertlər üzərində Ş.İ.Xətainin təsviri əks olunmuş konyak barəsində münasibət bildiriblər

Üzərində Şah İsmayıl Xətainin şəkli yapışdırılan konyak istehsal edilib. Konyakın üzərindəki emblemdən məlum olur ki, konyakı Tovuz şərab zavodu istehsal edib. Mətbuatda yayılan bu xəbər ölkə sferasında birmənalı qarşılanmayıb. Bəziləri bununla Azərbaycan xalqının təhqir olunduğunu əlaqələndirib. Bəziləri də, bunu Azərbaycan xalqının ictimi-siyasi və dini həyatında böyük rol oynayan Ş.İ.Xətai üçün təhqiramiz bir addım hesab ediblər.

"Bu, Azərbaycanın həm tarixi keçmişinin, həm də milli-mənəvi dəyərlərinin təhqir olunması deməkdir”

Məsələyə münasibət bildirən ilahiyyatçı Hacı Şahin Həsənli islamazeri.az-a açıqlamasında deyib ki, Ş.İ.Xətai Azərbaycanın dahi şəxsiyyəti olub. Onun sözlərinə görə, Azərbaycan tarixinin ən parlaq dövrü Ş.İ.Xətainin adıyla bağlıdır.

Buna görə də, belə bir dahi şəxsin şəklinin spirtli içkinin üzərinə vurulması Azərbaycanın tarxinə qarşı hörmətsizlikdir: “Xətai həm də dinə bağlı olan bir şəxsiyyət olub. Bu, onun həm siyasi fəaliyyətində, həm də ədəbi fəaliyyətində özünü göstərib. Mənəviyyata, dinə bağlı bir insan olduğu açıq-aşkar bəllidir.

Onun şəklinin spirtli içkinin üzərinə vurulması qətiyyən düzgün addım  deyil. Düşünürəm ki, bu, Azərbaycanın həm tarixi keçmişinin, həm də milli-mənəvi dəyərlərinin təhqir olunması deməkdir”.

 

 "Amma hər halda əgər belə bir addım atılıbsa, bu uyğunsuz bir addımdır"

BDU-nun dosenti, filoloq-alim, ədəbiyyatçı Məti Osmanoğlu da qeyd edib ki, belə bir halın mövcudluğuyla rastlaşmayıb.

Amma, hər halda, bu addım, təbii ki,  yolverilməzdir: “Mən hələ konyak içkilərinin üzərində Ş.İ.Xətainin şəkillərinin əks olunduğu fotoları görməmişəm. Ona görə, dəqiq bir fikir bildirə bilmərəm. Amma hər halda əgər belə bir addım atılıbsa, bu uyğunsuz bir addımdır. Bütün hallarda mənim münasibətim mənfidir. Mən tarixi şəxsiyyətlərin fotolarının konyak  içkiləri üzərində əks olunmasına müsbət bir hadisə kimi baxmıram”.

 

"Həmin konyakın üzərində  Şah İsmayıl Xətainin təsviri əks olunmuş etiket əmtəə nişanı kimi qeydiyyatdan keçməyib. Yəni, onu istehsal edən zavod qeydiyyatsız o addan və təsvirdən istifadə edir” 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı isə qeyd edib ki, qanunvericilikdə bunun üçün heç bir qanunsuzluq nəzərdə tutulmayıb. Eyni zamanda, həmin konyakın əmtəə nişanı kimi şəhadətnaməsi də yoxdur: “Qanunvericilikdə göstərilir ki, tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda, həmin o işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra strukturunun icazəsi olmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmalıdır. Əmtəə nişanı kimi qeydiyyatdan keçə bilər. Amma həmin konyakın üzərində  Şah İsmayıl Xətainin təsviri əks olunmuş etiket əmtəə nişanı kimi qeydiyyatdan keçməyib. Yəni, onu istehsal edən zavod qeydiyyatsız o addan və təsvirdən istifadə edir”.

Şöbə müdiri qeyd edib ki, o addan istifadə etmək istəyən firma əmtəə nişanını qeydiyyata almaq istəyərsə, o zaman biz qanunvericiliyin tələblərinə əsasən, müvafiq icra orqanının həmin adda (əgər, maddi və mənəvi sərvətdirsə) kommersiya məqsədləri üçün istifadəsinə adi icazə sənədi varsa, o zaman qeydiyyata götürə bilərik. İcazə verilməyəcəksə, təbii ki, qeydiyyata götürülə bilməz. Hazırda həmin konyakın qeydiyyatı yoxdur. Əmtəə nişanı kimi qeydiyyatsız istehsal olunur. Biz tərəfdən o konyakı istehsal edən firmaya qarşı da bir etiraz yoxdur. Çünki, bizə o səlahiyyət verilməyib. Eyni zamanda əmtəə nişanı könüllü xarakter daşıyan bir hüquqi prosesdir. Həmçinin, inzibatı xəta və cinayət işinin açılmasına yol açan məsələ deyil”.

Xatırladaq ki, bir neşə gün bundan öncə, üzərində Səfəvilər dövlətinin banisi, Azərbaycanın ictimiai-siyasi və ədəbi xadimi Şah İsmayıl Xətainin təsviri əks olunmuş konyak spirtli içkilərinin fotoları yayılmışdı. Fotolardan da göründüyü kimi, konyakı Tovuz şərab zavodu istehsal edir. Bu məsələ Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmamışdı. 

Üzərində Şah İsmayıl Xətainin təsviri olan konyaka tənqidi münasibət (Foto)

/haberimaj/habergaleri/3R0C2M3O2Z9D.JPG
  1. Üzərində Şah İsmayıl Xətainin təsviri olan konyaka tənqidi münasibət (Foto)

  2. Üzərində Şah İsmayıl Xətainin təsviri olan konyaka tənqidi münasibət (Foto)

  3. Üzərində Şah İsmayıl Xətainin təsviri olan konyaka tənqidi münasibət (Foto)

  4. Üzərində Şah İsmayıl Xətainin təsviri olan konyaka tənqidi münasibət (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.