haberL haberR

V ixtisas qrupu üzrə ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayıb

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 03.05.2016 9:05:23

Bu gündən 2016-2017-ci tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ərizə qəbulu başlayır.

 APA-nın xəbərinə görə, V ixtisas qrupuna ərizə qəbulu 3-17 may tarixlərində aparılacaq.

 Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə  buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər. Bu abituriyentlərdən ərizə qəbulu mayın 3-dən 17-dək aparılacaq.

 I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən  abituriyentlər mayın 3-dən mayın 17-dək ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər. Yalnız V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə təhsil almaq istəyən  abituriyentlər ödəmə kartı əldə edib mayın 5-dən mayın 17-dək ərizə təqdim etməlidirlər.

Abituriyentin elektron ərizəsi yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar.

 Qeyd edək ki, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən aprelin 29-dək aparılıb. Bu qruplar üzrə ali məktəbə qəbul olmaq üçün 83 minə yaxın abituriyent sənəd verib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.