haberL haberR

Valideynlərin nəzərinə: uşağınıza vaxt ayırın - Video

Kateqoriya: Sosial Yayımlama tarixi: 23.03.2016 10:26:09

Bu sonradan yenidən dərslərə adaptasiya olmaqda çətinliklər yarada bilər.

Vaxtlarının böyük qismini əyləncəyə, oyunlara ayırırlar. Ancaq mütəxəssislər bildirir ki, valideynlər övladlarının təhsilə olan marağının azalmaması üçün istirahət günlərinin şagirdlər üçün səmərəli keçməsinə çalışmalıdırlar.

Novruz bayramı tətilini fürsət bilən şagirdlər üçün dərs ikinci plana keçib, əsasən əyləncəyə meyl edirlər. Bunu təbii hesab edən mütəxəssislər isə deyirlər ki, uzunmüddətli tətillərdə uşaqların dərslərdən tamamilə uzaqlaşmasına yol vermək olmaz. Bu sonradan yenidən dərslərə adaptasiya olmaqda çətinliklər yarada bilər. Təhsil eksperti Elxan Nəcəfov deyir ki, şagirdlərin yaxşı olarki uşağın özünün də fikri nəzərə alınmaqla əvvəlcədən tətil proqramını hazırlansın. Bu zaman artıq şagird bayram tətilini necə keçirəcəyini öncədən bilir və oyunlarla birlikdə dərsə də önəm verməli olduğunu anlayır.

Abituryentlər üçün isə xüsusi bir yanaşma olmalıdır. Əslində uzunmüddətli tətillər ali məktəblərə hazırlaşanlar üçün fürsətdir.

Nəzərə alsaq ki, hələ 6 günlük istirahət günü qarşıdadır, indiyədək dərslə bağlı planı olmayan valideynlər və şagirdlər çox da gecikmiş sayılmazlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.