haberL haberR

Valyuta xərclənib gedib, amma manat yenə də təzyiq altındadır

Kateqoriya: İqtisadiyyat Yayımlama tarixi: 05.03.2016 11:13:45

Mərkəzi Bankın səlahiyyətlərinin yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini doğru addımdır

Mərkəzi Banka inamın ciddi şəkildə azaldığını nəzərə aldıqda bank sektorunu qorunması üçün bu sahədə institutsional islahatlara ehtiyac var. Manata inamın bərpası Mərkəz Banka olan etibarın qaytarılmasından keçir. Mərkəzi Banka yaxın zamanlarda inamı bərpa etmək mümkün olmadığından bu bankın səlahiyyətlərinin mərhələli şəkildə başqa qurumlarla bölüşdürülməsi məqəsədə uyğundur. Burada həm iqtisadi, həm də psixoloji faktorlar var. Psixoloji olaraq baş verən iki devalvasiya Mərkəzi Bankla yanaşı, milli valyutaya və banklara olan inamın azalmasına gətirib çıxarıb. Bu səlahiyyətlərin vətəndaşların inandığı bir quruma verilməsinə ehtiyac yaranıb.

Banklara nəzarətin gücləndirilməsi isə bu sektorun likvdiliyinin bərpa edilməsi və banklara inamın formalaşdırılması baxımdan vacibdir. Problemli kreditlərin həcminin artması və dollarlaşma prosesinin qarşısını ala bilməyən və hətta kommersiya bankının lisenziyasını geri alıb 3 gün sonra özünə qaytaran Mərkəzi Bank nə 4 il əvvəl, neft bumu dövründə, manatın məzənnəsinin mərhələli yumşaldılması, nə də bir il öncə əmanətlərin indeksasiyası, dollar ilə kreditlərə kompensasiyaların verilməsi daxil olmaqla bütün təkliflərimə “yox” dedi. Nəticə göz qabağındadır: 12 milyard dollar pulu xərcləyən baş bank hələ də milli valyutanın məzənnəsində stabillik yarada bilməyib. Valyuta xərclənib gedib, amma manat yenə də təzyiq altındadır. Deməli, struktur dəyişikliyi vacibdir. Bütövlükdə, Mərkəzi Bankın statusunun dəyişdirilərək müstəqil quruma və ya public hüquqi şəxsə çevrilməsi və sadəcə uçot siyasətinə məsul olması məqsədəuyğundur./Vüqar Bayramov / iqtisadçı-alim

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.