haberL haberR

Vaqif Sadıqov: Azərbaycan yığması San-Marino ilə oyunda yalnız qələbə qazanmalıdır

Kateqoriya: İdman Yayımlama tarixi: 22.08.2016 17:32:39

"San Marino ilə oyunda başqa nəticə düşünmək olmaz. Bizi yalnız qələbə qane edir".

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə San Marino yığması arasında keçiriləcək oyun haqqında danışan V.Sadıqov Robert Prosineçkinin rəhbərlik etdiyi komandanın qələbə qazanmalı olduğunu bildirib: "Heç-heçə də bizim üçün uğursuz nəticə sayılacaq. Səfərdən 3 xalla dönüb Norveçlə oyuna hazırlaşmalıyıq. Bu, bizim üçün böyük sıçrayış ola bilər. Üstəlik, Norveçlə oyunda da sərfəli nəticə qazanıb, həmin nəticəni qorumaq lazımdır. Komandanın qarşısına maksimum vəzifə qoyulub".

Komitə sədri milliyə dəvət olunan futbolçulardan da danışıb: "Yığmaya gənc oyunçuların dəvət olunmasını dəstəkləyirəm. Həmin futbolçulardan yaxşı mənada yararlanmaq lazımdır".

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək San Marino - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.