haberL haberR

Vəhhabi Əlixan axtarışa verildi

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.12.2014 12:23:30

Rusiya Federasiyanın Kursk vilayətində yaşayan, əslən, ukraniyalı olan Aleksey Semenkov axtarışa verilib.

İslamazeri.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, 2008-ci ildə "vəhhabizm"i qəbul edib, 2013-cü ildə isə Aleksey adını Əlixan adı ilə  dəyişdirərək terrorçulara qoşulmaq üçün Suriya sərhədinə keçib.

O, 2013-cü ilin oktyabr ayından  artıq İŞİD-in sıralarında  iştirak etməyə başlayıb. Qohumları Əlixanın 2014-cü ilin avqust ayında Suriya döyüşlərində həlak olduğunu zənn edir. Lakin Rusiyanın hüquq mühafizə orqanları onun ölüm xəbərinin yalan informasiya olduğunu və  ailəsinin bilərəkdən bu informasiyanı yaymasını bildirib.  Rusiya Hüquq Mühafizə Orqanları bu yalan informasiyanı  məqsədli xarakter daşıdığını, həmçinin, Əlixanın Rusiyaya dönməsi və terror aktlarını həyata keçirməsi kimi dəyərləndirirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.