haberL haberR

Vəhhabi şeyxi: "Ramazan söhbətlərində şiəliyin təhlükələrindən danışırıq"

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.07.2015 17:14:17 4933 dəfə oxunub.

Bu səbəbdən dərnəklər və dövlətin dəstəyi ilə bir kampaniya başlatdıq

İslamazeri.az-ın "shafaqna"ya istinadən verdiyi xəbərə görə, Misirin "Əd-Dəvətus-Sələfiyyə" qurumunun nümayəndəsi Adil Nasir ölkə daxilində müxtəlif bölgələrdə moizələr edən sələfi alimlərin xalqa təkfirçi fikirlər və şiəliyin yayılması kimi məsələlərin təhlükələrindən danışdıqlarını etiraf edib.

Adil Nasir sözlərinə belə davam edib: "Radikalizm və ifratçılıq ölkəmizi təhdid edən bir həqiqətdir. Eyni şəkildə şiəlik də təhlükədir. Radikalizm və şiəlik ölkəmizin təhlükəsizliyini təhdid etməkdədir. Bu səbəbdən dərnəklər və dövlətin dəstəyi ilə bir kampaniya başlatdıq. "Əd-Dəvətus-sələfiyə" qurumu olaraq Ramazan ayında müxtəlif nöqtələrdə aparılan söhbətlərdə radikalizm və şiəliyin təhlükələri barədə danışırıq. Məqsədimiz İslam dinində Peyğəmbər sünnətinə diqqət çəkməkdir".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.