haberL haberR

Vəkil Cavad Cavadov Tale Bağırovla bağlı baş prokurora müraciət etdi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 18.12.2015 17:45:13

Müsəlman Birliyi Hərəkatının həbs edilmiş sədri Tale Bağırzadənin (Bağırov) vəkili Cavad Cavadov media vasitəsilə baş prokuror Zakir Qaralova müraciət edib

Müraciət vəkilin facebook profilində yayılıb.

Müraciəti olduğu kimi təqdim edirik:
"Taleh Bağırovun hüquqlarının müdafiəsi üçün qardaşı ilə müqavilə bağbladıqdan sonra, 01.12.2015-ci il tarixdə vəkil orderini, vəsiqəmin surətini qanuna müvafiq qaydada istintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə təqdim etmişəm (Baş Prokurorluq vasitəsi ilə).

Eyni zamanda 01.12.2015-ci il tarixdə Taleh Bağırovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi rayon Məhkəməsinin 27.11.2015-ci il tarixli qərarından apellyasiya şikayəti vermişəm. 02.12.2015-ci il tarixdə işə apellyasiya qaydasında baxılmış və şikayətim təmin edilməmişdir. Taleh Bağırov apellyasiya məhkəməsinə saxlanıldığı Baş MÜtəşəkkil cinayətkarlıqla Mübarizə İdarəsində gətirilimişdir. Onunla konfidensial ünsiyyət saxlamaq mümkün olmadı, üzərində görünən çox ciddi xəsarətlər var idi, halsız idi. Ona elan olunmuş ittihamda özünü təqsirli hesab etmir. Hal hazırki vaxtadək onunla vəkil kimi görüşmək imkanı yaradılmır və ailəsinin ona paltar, digər zəruri ləvazimatlar qəbul edilmir.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun və Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən Məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Taleh Bağırovun təqsirləndirilən şəxs kimi hüquqlarının təmin edilməsi, o cümlədən müdafiə hüququnun təmin edilməsi, mümkün ola biləcək işgəncə hallarının araşdırılmasını xahiş edirəm. 
Eyni zamanda bu hüquqlarımın təmin edilməsi üçün məhkəmə nəzarəti qaydasında şikayət verirəm."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.