haberL haberR

Vəkil: Tale Bağırov, Fuad Qəhrəmanlı və 16 nəfərin işi məhkəməyə göndərildi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 03.07.2016 14:46:44

Tale Bağırovun vəkili Cavad Cavadov müvəkkili Tale Bağırov, AXCP sədrinin müaavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işinin Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini bildirib

İslamazeri.az-ın verdiyi xəbərə görə, vəkil Cavad Cavadov  bildiribki, "Müsəlman Birliyi Hərəkatı" təşkilatının sədri Taleh Bağırov, AXCP-nin sədr müasvini Fuad Qəhrəmanlı  və hadisələr zamanı və sonra həbs olunmuş 16 nəfərin barəsində olan cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Yaxın vaxtlarda işin təyin edilməsi gözlənilir. Müdafiə tərəfi hesab edir ki, isbtidai istintaq elan edilmiş ittihamla bağlı ortaya sübut qoya bilməyib və bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb. Bunlardan biri 26 noyabr 2015-ci il tarixdə Nardaranda həlak olan, ön qarın nahiyyəsindən güllə yarası almış polis işçilərindən birinin hadisə vaxtı nəyə görə zirehli gödəkçədə olmamasıdır, bu belə olsa idi həmin xəsarətin alınması mümkün deyildi. Hər halda rəsmi məlumatlarda Nardaran keçirilən əməliyyat xüsusi əməliyyat adlandırılmışdı", -deyə Cavad Cavadov qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.