haberL haberR

Venesuelanın BMT-dəki səfiri İsrail rejimini Hitlerin hökümətinə bənzədib

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.05.2016 12:46:31

Venesuelanın BMT-dəki səfiri Rafayel Ramires İsraili 3-cü reyxə bənzədib

İslamazeri.az-ın İsrail mediasına istinadən verdiyi xəbərə görə, Venesuelanın BMT-dəki səfiri Rafayel Ramiresin fikrincə İsrail rejimi “Fələstin məsələsinin yekun qərarını” hazırlayıb. O, nasistlərin Avropadaki yəhudilərə yürütdükləri siyasəti xatırladaraq, İsraili 3-cü reyxə bənzədib.

“İsrail fələstinlilərlə nə etməyi planlaşdırır? Onlar sadəcə yoxa çıxacaqlar? Ehtimal ki, İsrail qəti qərar axtarır, elə bir qərar ki, öz vaxtında (nasistlər tərəfindən) yəhudilərə qarşı qəbul edilib.”,  – deyə Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında Ramires bildirib.

İsrailin BMT-dəki səfiri Dani Danon isə öz növbəsində kolleqasını “anti-semitizmdə” ittiham edib.

Üçüncü Reyx (alm. Drittes Reich; Reich – dövlət, imperiya ) – Almaniya imperiyasının 1933-cü il avqustun 16-sında 1945-ci il mayın 23-dək dövrünün qeyri-rəsmi adı. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər.Rəsmi surətdə isə o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir.  Ədəbiyyatda o həmçinin milli sosialist və faşist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir.  Nasist ədəbiyyatında rejim həmçinin " Minillk reyx " (alm. Tausendjähriges Reich) adlandırılırdı.  Üçüncü reyx Adolf Hitlerin rəhbərlik etdiyi Alman Nasional Sosialist Fəhlə Partiyasının hakimiyyəti ilə sıx bağlıdır. Hitler üçüncü reyxin bütün hakimiyyəti ərzində onun yeganə reyxskansleri və fürer olmuşdur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.