haberL haberR

​Vergilər Nazirliyi 33 mərtəbəli bina inşa etdirir

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 29.07.2016 15:30:25

Ümumilikdə, 44 200 kv. metr qapalı sahəyə malik layihə çərçivəsində bina 30 min kv. metr ərazidə yerləşəcək.

Türkiyənin “Tekfen İnşaat” şirkəti Azərbaycan Vergilər Nazirliyinin yeni inzibati binasının tikintisini həyata keçirəcək. “Report” xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.
Məlumata görə, hündürlüyü 169 metr olacaq bina 33 mərtəbəldir. Ümumilikdə, 44 200 kv. metr qapalı sahəyə malik layihə çərçivəsində bina 30 min kv. metr ərazidə yerləşəcək.
Qeyd edək ki, SOCAR-ın rəsmi inzibati binası olan “SOCAR Tower”i də “Tekfen İnşaat” inşa edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.