Vergilər Nazirliyi bağlanan bankların vergi borclarını açıqlayıb

Azərbaycanda bu ay ərzində lizensiyası ləğv olunan dörd kommersiya bankından yalnız birinin dövlət büdcəsinə vergi borcu var.
"Lisenziyası ləğv olunmuş banklardan yalnız “Zaminbank” ASC-nin 457,34 manat vergi borcu var. Digər banklar - "Parabank", "Dekabank" və "Kredobank" ASC-lərin isə dövlət büdcəsinə vergi borcu yoxdur", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin bank lisenziyaları ləğv edilib. Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib.
“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə avqustun 1-dən başlanacaq.(report)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.