haberL haberR

Vergilər Nazirliyinə işə qəbulla bağlı müsabiqə başa çatıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 17.12.2014 10:50:59

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında“ Əsasnaməyə müvafiq olaraq Vergilər Nazirliyi tərəfindən keçirilmiş növbəti - sayca 10-cu işə qəbul müsabiqəsi başa çatıb.

Nazirliyin Analitik informasiya şöbəsindən  islamazeri.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 1936 nəfərdən 1717-nin sənədləri qəbul olunub,  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə təşkil olunmuş test imtahanında 1373 nəfər iştirak edib. İmtahanda iştirak edən namizədlərdən 289 nəfəri - 70 və daha yüksək bal toplayaraq növbəti mərhələyə - müsahibəyə buraxılıb.

Namizədlər Vergilər Nazirliyinin müsabiqə komissiyası tərəfindən təşkil olunan müsahibədə iştirak edib. 164 nəfər gənc bu mərhələni də uğurla başa vuraraq vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə ediblər. Dövlət vergi orqanlarına işə qəbul məqsədilə keçirilmiş müsabiqənin müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədlərin siyahısı (imtahan balı sırası ilə) Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) dərc edilib.

İndiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc işə qəbul olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.