haberL haberR

Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar azalıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 08.10.2015 10:36:15

Ötən ilin analoji dövrü ilə müqayisədə Nazirliyin xətti ilə büdcə daxilolmaları 4,72% azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 094 201,4 min manat vəsait daxil olub. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən "Report"a verilən məlumata görə, proqnoz tapşırığına 100,5% əməl edilib.

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə Nazirliyin xətti ilə büdcə daxilolmaları 4,72% azalıb.

Məlumata görə, hesabat dövründə vergi orqanlarında 58 473 vergi ödəyicisi qeydiyyata alınıb, bu isə 204-cü ilin ilk 9 ayına nisbətən 4,4% azdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.