haberL haberR

Vətəndaşlar istirahət üçün niyə xarici ölkələrə səyahət edirlər? - Ekspert rəyi

Kateqoriya: Münasibət Yayımlama tarixi: 25.05.2015 15:29:14

Ekspert vətəndaşların xarici ölkələrə səyahət etməsinin səbəblərini açıqladı

“Azərbaycanda turizm sahəsində istiharət zonaları bahalıdır, vətəndaşlar da daha çox həm ziyarət, həm ticarət məqsədiylə xarici ölkələr üçün səyahət turlarına üstünlük verirlər”.

 

Bu fikri islamazeri.az-a açıqlamasında turizm üzrə ekspert Elxan Vəliyev deyib. E.Vəliyev bildirib ki, Azərbaycan vətəndaşları daha çox Türkiyə, BƏƏ, Avropa ölkələrinə və Maldiv adalarına səyahət edirlər. Onun sözlərinə görə, müştəri bununla həm ziyarət, həm də ticarət edir. Müalicə üçün səyahət edənlər də olur: “Ümumi götürəndə, təbii ki, Azərbaycanda istirahət zonaları bahalıdır. Buna görə də, ölkə daxili səyahət turları müştərilər üçün baha başa gəlir. Bununla da, müştərilər xarici ölkəyə gedərək, maddi tərəfdən qabağa düşməklə yanaşı, eyni zamanda, digər işlərinə də zaman və maddiyyat ayırırlar. Məsələn, alış-veriş edir, yaxud da müalicə üçün həkimə müraciət edirlər və s. Bundan əlavə, Azərbaycanda ölkə daxilində  istirahət zonaları xarici səyahət turlarına nisbətən çox da inkişaf etməyib. Odur ki, müştərilər ona sərf olunan məbləği daha gözəl yerlərə sərf etməyi üçün xarici səyahət turlarında üz tuturlar”.

Ekspert hesab edir ki, Türkiyə ölkəmizə yaxın olduğu üçün insanlar daha çox ora üz tuturlar. Çünki, yaxın olduğu üçün zaman baxımından kifayət qədər istirahət etmək imkanları var. Onun sözlərinə görə, müqəddəs məkanlara səyahət turları üçün isə məhdudiyyətlər var. Bu da, həmin səyahət turlarının yalnız bir qurumun əlində olmasından irəli gəlir. Amma buna baxmayaraq, sifarişlə həmin müqəddəs şəhərlərə də səyahət etmək olur.

Ekspert əlavə edib ki, ölkə daxilində mövcud olan ziyarətgahların da ziyarət olunması üçün səyahət turları həyata keçirilir: “Biz özümüz də dəfələrlə Azərbaycanda mövcud olan ziyarətgahlara səyahət turları həyata keçirmişik. Həm də pulsuz olaraq bu işi həyata keçirmişik. Bütün maddi təminat hamısı şirkətin öz büdcəsi tərəfindən hesablanıb. Hətta bu ziyarətgah turları nəinki ölkə daxili, eyni zamanda ölkə xaricində də həyata keçirilir. Bundan əlavə, biz bununla yanaşı maarifləndirici turlar da həyata keçiririk. Müəllim və tələbələri səyahət turlarına cəlb etməklə bu mümkün olur”.

 

E.Vəliyev qeyd edib ki,  pulsuz olaraq səyahətt turları həyata keçirən şirkət üçün lisenziya tələb olunmur. Çünki, lisenziya yalnız gəlir əldə edən şirkətlər üçün nəzərdə tutulub. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.