haberL haberR

Vətənlərinə qayıdan vəhhabilər təhlükə mənbəyidir

Kateqoriya: Region Yayımlama tarixi: 07.07.2016 16:15:50

Suriya və İraqda məğlubiyyətdən sonra geri dönən terrorçular ümumi bir problemdir

Islamazeri.az-ın SANA agentliyinə istinadən verdiyi xəbərə əsasən, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhdidləri məsələləri üzrə Departamentinin direktoru İlya Roqaçev bildirib ki, Suriya və İraqda məğlubiyyətlə bağlı olaraq vətənlərinə geri dönən terrorçular Rusiyaya da təhlükə mənbəyidir:

“Təhlükə Suriya və İraqdaki hərbi məğlubiyyətlə bağlı olaraq  regiondan “sıxılaraq” vətənlərinə geri dönəcək olan terrorçu və yaraqlılardır. Bu problem təkcə Rusiyaya toxunmur, bu ümumi bir problemdir. Biz onu Fransa və Belçikadan da çox həll etməyə hazırıq.”

 

O qeyd edib ki, İŞİD terrorçuları taktikalaranı dəyişənə qədər də Rusiya üçün təhlükə təşkil edirdilər. Hazırda yeni taktika çərçivəsində terrorçular xüsusən kamikadzelərdən istifadə edərək  dünyanın müxtəlif ölkələrində dinc əhaliyə qarşı hücumlar təşkil edirlər.

Roqaçev qeyd edib ki, İŞİD ideologiyasının yayılması və bunun nəticəsi olaraq terrorçuların sıralarına cəlb edilmə məsələləri Rusiya üçün aktual təhdid kimi qalmaqdadır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.