haberL haberR

Vicdan məhbusu Nicat Əliyev Xocalı soyqırımı haqda

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 26.02.2015 23:22:55

Nicat Əliyev Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq başsağlığı verib

İslamazeri.az-ın verdiyi xəbərə görə, "Azadxəbər"  internet portalının baş redaktoru, hazırda həbsdə olan vicdan məhbusu Nicat Əliyev Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib. Başsağlığı müraciətində vicdan məhbusu Xocalı faciəsinin xalqımızın qan yaddaşında dərin iz buraxdığını deyib: “Xocalıda öldürülən analarımızın, bacılarımızın və qardaşlarımızın qanı yerdə qalmayacaq. Allah ömür versə və qismət olsa bu yolda əlimizdən gələni edəcəyik. Bu yolun sonu ölüm də olsa, biz dayanmayacağıq. Çünki şəhadət həmişə bizə izzət gətirib. Faciə qurbanlarına baş sağlığı verirəm. Onların dərdlərinə şərik olduğumu və Qarabağın işğalı ilə heç vaxt barışmayacağımızı xüsusi qeyd edirəm.
26.02.2015
2 saylı CÇM"

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.