Multimedia / Video reportaj / Əhali bazarda qiymət bahalaşmasından şikayətlənir
logo
  • Facebookda paylaş
  • Twitterdə paylaş
  • Google plusda paylaş

Əhali bazarda qiymət bahalaşmasından şikayətlənir

Fevralın 21-dən sonra əhalinin gündəlik bazarlarda meyvə-tərəvəzin qiymətləri ilə bağlı dəyişikliklərin olub-olmamasını araşdırmağa çalışdıq

Fevralın 21-dən sonra əhalinin gündəlik bazarlarda meyvə-tərəvəzin qiymətləri ilə bağlı dəyişikliklərin olub-olmamasını araşdırmağa çalışdıq. Bazara üz tutduğumuz anda kartof və soğanın qiyməti ilə maraqlandıq. Satıcı Rəhman Əmiraslanovun piştaxtasında olan tərəvəzlərlə bağlı islamazeri.az müxbirinə bunları danışdı. “Əvvəllər yerli soğanın kisəsini alırdıq 9-10 manata, dollar qalxandan sonra həmin soğanı 18-20 manata alırıq. İran kartofunun kilosu 1 həftə bundan əvvəl 60-65 qəpik idisə, indi 75 qəpikdən aşağı tapmaq olmur”. Satıcının sözlərinə görə, bazarda müştərilərin sayı da əvvəlkinə nisbətən azalıb.  Gələnlərsə qiymətlərdən şikayətlənib gedirlər.

Kateqoriya : Video reportaj Baxıldı : 3280

© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.