Multimedia / Video xəbər / Yanğından sonra Qaraçuxur məscidi (Video)
logo
  • Facebookda paylaş
  • Twitterdə paylaş
  • Google plusda paylaş

Yanğından sonra Qaraçuxur məscidi (Video)

Qaraçuxur məscidinin kim tərəfindən yandırılması hələlik məlum olmasa da, araşdırmalar davam etdirilir.

İslamazeri.az-ın məlumatına görə, bu gecə saat 02:00 radələrində naməlum şəxslər tərəfindən döyülən məscid nəzarətçisi, daha sonra məscidin yandığını görüb.

Nəzarətçi dərhal, 32-ci polis bölməsinə zəng edərək iki nəfər naməlum şəxsin məscidə daxil olaraq xalçaya od vurub qaçdığını bildirib. Məlumata görə, naməlum şəxslər məscidin qapısının bağlı olduğunu görüb pəncərənin şüşəsini sındıraraq xalçaya od vurublar. Başqa bir versiyada naməlum şəxslərin məscidi “molotov kokteyli” ilə yandırdıqları da ehtimal olunur.

 

Hazırda araşdırmalar davam etdirilir. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Kateqoriya : Video xəbər Baxıldı : 5792

© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.