haberL haberR

Vilayəti Ayətullah Xameneinin açıqlamasını şərh edib

Kateqoriya: İslam Yayımlama tarixi: 01.10.2015 16:55:21

Ayətullah Xameneinin müşaviri Əliəkbər Vilayəti İranın ali dini liderinin Mina faciəsi ilə əlaqədar olaraq etdiyi çıxışa şərh verib

İslamazeri.az-ın “Mashregh”-ə istinadən verdiyi xəbərə görə, Əliəkbər Vilayəti deyib: “Səudiyyəlilər zəvvarların təhlükəsizliyini təmin etmək üçün daha çox diqqət etməliydilər, lakin onlar beynəlxalq vəzifələrinə əməl etmədilər. Ayətullah Xamenei Səudiyyə Ərəbistanı dövlətinə xəbərdarlıq edərək, vəzifələrinə əməl etmədiklərini bildirdi. Bu xəbərdarlıq yalnız Səudiyyə Ərəbistanına aid deyil, həm də onları dəstəkləyənlərə şamil olunurdu. Bu ehtimal var ki, müxtəlif ölkələrdə iğtişaş yaratmaq niyyətində olan ABŞ və Qərb bu dəfə də mənfi düşüncələrini vəhy torpaqlarımda reallaşdırmaq niyyətindədirlər.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.