haberL haberR

Vüsal Hətəmov: "Ümid edirik ki, dindirildikdən sonra azad olunar"

Kateqoriya: Münasibət Yayımlama tarixi: 11.03.2015 18:35:42 2348 dəfə oxunub.

Xəbər verdiyimiz kimi, ruhani Hacı Ceyhun Cəfərov həbs edilib

Birlik Təşkilatının sədri, şərqşünas Vüsal Hətəmov islamazeri.az-a ilahiyyatçı Ceyhun Cəfərovun həbs edilməsi ilə bağlı münasibət bildirib: "Yaxınları mediaya xəbər verib ki, sabah məhkəməsidir. Hesab edirəm ki, bir anlaşılmazlıq olub və ümid edirik ki, dindirildikdən sonra azad olunar. Çünki, mən neçə illərdir Ceyhun müəllimi tanıyıram. Bu adamın bu ölkəyə, bu dövlətə ancaq xeyri dəyib. Sağlam dini maarifçilik, qaraguruhçuluğun qarşısının alınması, radikallığın yaranmaması istiqamətində Hacı Ceyhunun gördüyü işlər göz qabağındadır".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.