haberL haberR

WhatsApp-da təhlükə: Xəbərdarlıq

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 20.04.2016 11:05:54

"WhatsApp" sosial şəbəkəsində yeni virus təhlükəsi ortaya çıxıb.

İslamazeri.az-ın milli.az-a istinadən xəbərinə görə, proqramda yeni "trojan" viruslu spam yayılıb. Viruslu mesaj açılanda telefondakı bütün məlumatlar köçürülür. Bu mesajları gördükdə oxumadan silmək lazımdır.

Virus hər yolla - səsli mesaj, söhbət, ödəmə, foto və ya video yoluyla sizə gələ bilər. Tanımadığınız adamlardan mesaj gələndə, həmin şəxsi əngəlləmək və mesajı silmək gərəklidir.

"WhatsApp"dan gələn ".zip" faylları şəxsi kompüterdə açmısınızsa, antivirusla həmin faylları bir də yoxlamaq və şifrələri dəyişmək məsləhətdir.

Qeyd edək ki, dost və ya tanışlardan gələn fayl və linklərdə də diqqətli olmaq lazımdır. Çünki həmin şəxsin hesabı "troyan" tərəfindən ələ keçirilə bilər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.