haberL haberR

"WhatsApp"-ın zəng xidməti "Windows Phone" üçün də aktiv edildi

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 06.04.2015 14:44:04

"Windows Phone" mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçiləri yaxın vaxtlarda "WhatsApp" messenceri ilə zəng edə biləcək

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, hazırda zənglərin edilməsi üzərində aktiv  iş aparılır. Lakin funksiyanın tətbiqi ilə bağlı konkret müddət hələ ki, məlum deyil.
 
"WhatsApp" üçün yeniliklər ilk dəfə "Windows Phone" sistemində yaranmaqla "iOS" sistemini qabaqlayıb. Belə ki, ilk dəfə "Windows Phone"da işə salınan masaüstü kompüterdən bildiriş göndərmə funksiyası sonradan "iOS"da tətbiq edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.