“Whatsapp”a daha iki yenilik gəlir
Kateqoriya: Texnologiya
Yayımlama tarixi: 22.07.2016 15:15:52

“Whatsapp” daha iki yeniliyi istifadəçilərinə təqdim edir.
İnterAz “shiftdelete.net”ə istinadən xəbər verir ki, proqrama ötən ildən etibarən mesajlaşma xidməti ilə yanaşı, bir çox xüsusiyyətlər əlavə edilib. Son olaraq “Office” və “ZİP” sənədlərinin göndərilməsinin təmin edilməsindən sonra “Whatsapp”da iki mərhələli şəxsiyyəti təsdiq etmə sistemi istifadəyə veriləcək.
“Whatsapp”a əlavə edilən son iki yenilik səsli zəngi inkişaf etdirmək üçün nəzərdə tutulub. Artıq “Whatsapp” zənglərində cavab verilmədikdə, ya da zəngdən imtina edildikdə ekranda “Geriyə zəng et” xəbərdarlığı olacaq.
Başqa bir xüsusiyyət isə yenə eyni ekranda “Səsli mesaj yaz” xəbərdarlığı olacaq. İstifadəçilər səsli zənglərə cavab almadıqda dərhal səsli mesaj göndərə biləcək.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.