haberL haberR
Hakerlər 900 milyonluq istifadəçisi olan proqrama da əl atdılar

900 milyon üzvü  ilə dünyanın ən fəal mesajlaşma proqramı olan "WhatsApp" istifadəçiləri böyük bir təhlükə ilə qarşı-qarşıyadırlar. İslamazeri.az-ın xəbərinə görə, bu təhlükənin əsas hədəfi  Android telefonlarıdır. Belə ki, "WhatsApp"a  bilinməyən nömrədən  "hədiyyə qazandınız" şəklində  spam mesajlar gəlir. Mütəxəssislər istifadəçiləri bu cür mesajlarla göndərilən linklərə daxil olmamağa çağırırlar. Çünki hakerlər bilinməyən nömrədən daxil olan bu mesajlardakı linkləri açanların telefonunu ələ keçirir və cihazı istifadəsiz hala salırlar.

Təhlükəsizlik mütəxəssisləri  bu cür hücumdan ən az ziyanla yaxa qurtarmaq üçün  belə mesajların o dəqiqə silinməsini və telefon nömrəsinin əngəllənməsini məsləhət görürlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.