haberL haberR
Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "Whatsapp" daha bir yeniliyə imza atamağa hazırlaşır.

Səsli danışıqdan sonra ani mesajlaşma sistemi olan "Whatsapp" istifadəçiləri görüntülü danışa biləcəklər.

2014-cü ildə 22 milyard dollara "Facebook"un satın aldığı "WhatsApp" bir-birinin ardınca yeniliklər etməkdən çəkinmir. Sahibi dəyişdikdən sonra bu sistemə bir çox yeniliklər gətirilib. Ən əsası isə mesajların oxunduğunu göstərən qoşa mavi xətt, dizayn dəyişikliyi, səsli danışıq ə sairədir.

Görüntülü danışıq funksiyası ilk olaraq "WhatsApp" 2.12.16.2 versiyalarında istifadəyə veriləcək.

Səsli danışıq "Whatsapp"a xas bir yenilik deyil. Eyni funksiya bir müddət öncə "Facebook Messenger" tərəfindən də işə salınmışdı.

"Whatsapp" bu yeniliyini bu ilin aprel ayından işə salıb. Funksiya problemli olsa da fəaliyyət göstərir. (anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.