haberL haberR

Wi-Fi ötürücüsünün yaxşı işləməsi üçün nə etməli?

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 07.06.2016 15:24:20

Bəzən evdə işlədilən Wi-Fi ötürücüsünün zəif olmasından şikayət edirlər.

İslamazeri.az atv.az-a istinadən bildirir ki, istəyirsinizsə, evdə sizin internet zəifliyindən probleminiz olmasın, o zaman bunları bilməyiniz vacibdir:

1. İnternet ötürücü aparatın evin ortasında olması məsləhətdir. Belə olduqda dalğalar bərabər bölüşdürülüb, evin bütün künclərinə ötürülür.

2. Ötürücünün yerə qoyulması məsləhət deyil. Çünki belə olduqda siqnal daha çox qonşuya yayılır. Yaxşı olar ki, ötürücü divardan, yuxarı tavana yaxın hissədən asılsın.

3. Televizor, ya bilgisayarın ötürücü aparatın yanına qoyulması məsləhət deyil. Bu hal internetin zəifləməsinə səbəb olur.

4. Ötürücü aparatın 2 antenası varsa, birini uzununa, digərini eninə qoyun. Belə halda internet siqnalı yaxşı ötürəcək.

Bax bunlara diqqət etməklə evdəki internet probleminizi aradan qaldırmış olacaqsınız. Bizim məsləhətlərimiz işinizə yarayacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.