haberL haberR

'Wikileaks' sənədlərində Kral Abdullah: 'Çox qan tökdük'

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.01.2015 17:49:53

Kral Abdullahla bağlı yeni sənədlər ortaya çıxdı

İslamazeri.az-ın "HaberSol"a istinadən verdiyi xəbərə görə, keçən həftə dünyasını dəyişən kral Abdullah barədə "Wikileaks" sənədlərində, çox siqaret çəkdiyi və həddindən artıq dərəcədə viagra istifadə etdiyi qeyd olunub. Kral Abdullahın məhbusları təqib etmək üçün bədənlərinə izləmə cihazı taxılması təklifi də sənədlərdə yer alıb.

Kral Abdullah 16 Mart 2009-cu ildə sarayında qonaq etdiyi ABŞ-ın Terrorizmlə Mübarizə İdarəsinin nümayəndəsi Con Brennan, səfir Klint Villiamson və Ford Frakerə İraqın baş naziri Nuri əl-Malikiyə güvənmədiyini bildirib. Ayrıca Maliki iqtidarda qaldığı müddətcə Səudiyyə-İraq münasibətlərinin inkişafı üçün çox az ümidi olduğunu ifadə edib. 

Qeyd olunan digər sənəddə Terrorizmlə Mübarizə İdarəsinin nümayəndəsi Brennanın ABŞ və Səudiyyə dostluğunun güclü qalmasının əhəmiyyətli olduğunu ifadə etməsi və Abdullahın "biz (ABŞ və Səudiyyə Ərəbistanı) Küveyt və İraqda birlikdə qan axıtdıq və Səudiyyə Ərəbistanı bu birliyə çox dəyər verircümlələri yer alıb.

Abdullah dostluğun böyük zəhmət tələb etdiyini və Səudiyyənin üç nəsildir (70 il) bunu müvəffəqiyyətlə davam etdirdiyini söyləyib.

Bundan əlavə, İranı ABŞ-a şikayət edən Abdullah İranın bölgə ölkələrində (Livanda) "Hizbullah" kimi təşkilatlar yaratmaq istədiyini və İranın siyasi etibarsızlığını önə çəkib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.