haberL haberR

Xәrçәngin müalicәsindә yeni ümid

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 04.12.2014 17:28:54

Tibbi nəaliyyətlər xərçəngin müalicəsinin tapılmasına doğru ümid işığı yaradır.

İslamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, ABŞ alimlərinin araşdırmalarının nəticələrinə görə, sümük əriməsinin müalicəsində istifadə edilən bəzi dərmanlar döş, ağciyər və bağırsaq xərçəngiylə mübarizədə də istifadə oluna bilər.
ABŞ-ın Mount Sinai Tibb Fakültəsindən professor Mone Zaidi ilə həmkarlarının apardığı araşdırmada, sümük əriməsinin müalicəsində istifadə olunan dərmanların, xərçəng hüceyrələrinin yayılmasını sürətləndirən bəzi zülalların əmələ gəlməsinin qarşısını aldığı məlum olub. 

Araşdırmanın nəticələri “PNAS” jurnalında dərc olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.