haberL haberR

Xaçmaz və Lerikdə yük avtomobilləri yandı

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 07.07.2016 15:57:38

Xaçmaz və Lerikdə yük avtomobilləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbər görə, Xaçmaz rayonu, İlxıcı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus yük avtomobilinin banı qismən və banına yığılmış 1,4 ton ot bağlaması yanıb.

Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə isə Lerik rayonu, Ambu kəndində (rayon mərkəzindən 39 km aralı) vətəndaşa məxsus yük avtomobilinin kabinəsi və banına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb.

Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.