haberL haberR

Xan-Tumanda 13 iranlı əsgər şəhid olub, intiqam alınacaq - General Rzayi

Kateqoriya: Münasibət Yayımlama tarixi: 09.05.2016 19:13:44

İran Məsləhət Şurasının katibi Suriyanın Hələb vilayətinin Xan-tuman bölgəsinin təkfirçilər tərəfindən ələ keçirilməsinə münasibət bildirib

İslamazeri.az-ın “Tabnak” portalına istinadən verdiyi xəbərə əsasən, rəsmi “İnstagram” səhifəsində bəyanat yayan İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda İran Məsləhət Şurasının katibi  Möhsün Rzayi, Xantumanda 13 iranlının şəhid olmasına toxunaraq deyib: “Bir neçə ay bundan öncə adı çəkilən bölgə təkfirçilərdən azad edildi. Lakin təkfirçi qruplar atəşkəsdən sui istifadə edərək bu şəhəri yenidən ələ keçirdilər. Hücum zamanı Suriya ordusunun nə artilleriyası, nə də qırıcıları fəal idi."

İranlı general bu hücum zamanı hətta iki ölkənin ordusundan istifadə edildiyini də önə çəkib.

"Bu hücum zamanı Türkiyə və Ərəbistan qüvvələrindən də istifadə olunub. Hücum zamanı iranlı əsgərlərimiz qəhrəmanlıq nümyiş etdirərək, düşmənə ciddi şəkildə zərbələr endiriblər. Hər bir savaşın eniş-yoxuşu vardır. Sizə söz verirəm ki, Sionist rejiminin muzdlu əsgərləri olan bu təkfirçilərdən yaxın günlərdə intiqam alacağıq. Allahın yardımı ilə qələbə müqavimətin, İslam Respublikasının, Suriya dövləti və xalqınındır.”, - deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.