haberL haberR

Xarici İşlər Nazirliyi: İsrail Fələstinin müstəqilliyinə aqressiv yanaşır

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.01.2015 18:16:47

İsrail rejimi Fələstin torpaqlarında yəhudi mühacirlər üçün evlər tikərək fələstinliləri alçaldır

İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, İsveçin Xarici İşlər Naziri Marqot Valström Krallığın Fələstini müstəqil ölkə kimi tanımasına İsrail rejimi aqressiv reaksiya verib.

 

Nazir Valström bildirib ki, İsrail tərəfinin nalayiq ifadələri qəbul edilməzdir. Belə reaksiya bizdə və onlarla əməkdaşlıq edənlərdə qıcıq yaradır.

"İsveç İsrailin Fələstinlə sülh danışıqlarının tərəfdarıdır. Ancaq İsveç  rəsmi Təl-Əvivin aqressiv davranışını kəskin şəkildə tənqid edir. İsrail rejimi işğalçılıq siyasətini davam etdirərək işğal edilən  Fələstin torpaqlarında yahudi mühacirləri üçün yaşayış məntəqələri salır. Bu addımlarla Fələstin xalqının alçalmasına və sülh danışıqların prosesinə maneə olurlar".

 

Qeyd edək ki, İsveç ötən ilin oktyabrında Fələstini müstəqil dövlət kimi tanıyıb. Bundan sonra İsrail rejimi Stokholmdan öz səfirini geri çağırıb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.