''Xarici neft müqavilələrindən hökumətə 140 mlrd dollar ödənib''
Kateqoriya: İqtisadiyyat
Yayımlama tarixi: 31.08.2016 15:44:15

"2006-2015-ci illərdə xarici neft müqavilələrindən hökumətə mənfəət nefti və vergilər formasında 140 milyard dollara yaxın vəsait ödənib. Neft Fonduna mənfəət neftinin satışından 122.5 milyard dollar daxil olub".
Bu barədə iqtisadçı Rövşən Ağayev "facebook" səhifəsində yazıb.
R.Ağayev qeyd edib ki, xarici podaratçı və subpodaratçı şirkətlər tərəfindən büdcəyə mənfəət vergisi formasında təxminən 10 mlrd dollar, əmək haqqından gəlir vergisi formasında 1.5 mlrd dollar vergi ödənib: "Bu məbləğ ümumilikdə 140 milyard dollar edir".
R.Ağayev tədiyyə balansının məlumatlarına istinadən yazıb ki, 10 ildə investorlar özlərinə düşən 36.4 mlrd dolları repatriasiya edərək ölkədən çıxarıblar.
"Əlavə olaraq, 1.5 milyard dollardan çox vəsait bu şirkətlərin işçilərinə əmək haqqı formasında ödənib. Nəticə budur ki, 10 ildə neftdən qazanlan vəsaitlərin 80%-i mənfəət neftinin satışından xalis qazanc və vergilər formasında Azərbaycan hökumətinə çatıb", -deyə R.Ağayev bildirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.