haberL haberR
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qondarma “Dağlıq Qarabağ Respublikası”nın BMT-bə bəyanat yayması haqda xəbərlərə reaksiya verib.

Nazirlikdən bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında “bəyanat” yayması barədə xəbərlər Ermənistan XİN-nin növbəti uydurmasıdır. Ermənistan XİN-də xülya və mifologiyanın reallıq ilə qarışıq salınması artıq heç kimi təəccübləndimir: “Əslində Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir. Ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları maklatura məqsədilə istifadə edilir”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.