haberL haberR

XİN Fransadakı azərbaycanlılara çağırış etdi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 15.07.2016 9:49:45

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Nitsada törədilmiş terror aktı ilə əlaqədar açıqlama yayıb

Azərbaycan XİN-in mətbuat xidmətindən İslamazeri.az-a Fransada törədilmiş terror aktı ilə bağlı açıqlama daxil olub. Açıqlamada qeyd edilir ki, XİN Fransanın Nitsa şəhərində törədilmiş terror aktını kəskin şəkildə pisləyir. Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyir.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.

Azərbaycan Respublikasının Fransadakı səfirliyi terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.

Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarını Fransa hakimiyyət orqanlarının təhlükəsizlik tədbirlərinə riayət etməyə və kütləvi yerlərdən kənar durmağa çağırırıq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.