haberL haberR

"Xobraqan" üzvləri olan ayətullahlardan Qarabağ açıqlaması

Kateqoriya: Region Yayımlama tarixi: 08.04.2016 19:48:15

"Xobraqan"ın azərbaycanlı üzvləri olan Ayətullah Amuli və Ayətullah Şəbistəridən Azərbaycana açıq dəstək
İslamazeri.az-ın ARAN agentlliyinə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının "Xobraqan" alimlər şurasının iki nüfuzlu üzvü, milliyətçə azərbaycanlı olan Ayətullah Amuli və Ayətullah Şəbistəri Azərbaycan Respublikasına, xalqına açıq dəstək sərgiləyiblər.
Ərdəbilin imam cüməsi, o cümlədən Ayətullah Xameneinin bu əyalətdəki nümayəndəsi Ayətullah Seyid Həsən Amuli Qarabağın azad olunmasının bütün müsəlmanların, o cümlədən İran xalqının arzusu olduğunu bildirib. O,  ən əsas yol kimi Azərbaycan Respublikasının İslam ölkələri ilə öz münasibətlərini artırmasını vurğulayib.
Vəliyyi-fəqihin Ərdəbil ustanındakı nümayəndəsi Ayətullah Seyid Həsən Amili həmçinin bildirib: "İranın Azərbaycana qarşı mövqeyi həmişə dostluq, qardaşlıq və hörmət olmuşdur".
Qarabağın azad olunması prosesi gecikdikcə məsələnin çətinləşəcəyini diqqətə çatdıran imam cümə  "Qarabağın azad olunması digər işğal edilmiş ərazilərin azadlığı kimi hökumət və  xalq arasında bağlılığın artmasına ehtiyaclıdır", - deyə bildirib.
Rəhbərliyin Ekspertlər Məclisinin üzvü Qarabağın azad olunmasının bütün müsəlmanların, o cümlədən İran xalqının arzusu olduğunu bildirib və Qarabağın azadlığı ardınca Şuşa məscidinin azad olacağı vaxt Şuşa məscidində o şəhərin xalqı üçün xütbə oxuyacağına ümid etdiyini deyib.
 
Ayətullah Xameneinin Şərqi Azərbaycan Əyalətindəki nümayəndəsi və Təbrizin İmam Cüməsi Ayətullah Müctəhid Şəbistəri də,  Qarabağ münaqişəsinin həlli uğrunda fəal olan təşkilatların sədrlərinin bir qrupu ilə görüşdə Qarabağın İslami İctimaiyyətinin ayrılmaz hissəsi olduğunu bildirib.
O "Bütün dünya müsəlmanları xüsusilə İran müsəlmanlarının etiqadına görə, Qarabağ ikinci Fələstindir və Qüdsi-Şərifin azadlığı uğrunda qanımızın son damlasına qədər müharibə etdiyimiz kimi, Qarabağın müqəddəs torpaqlarının azadlığı uğrunda da heç bir səydən əsirgəməyəcəyik", - deyə danışıb.
Təbrizin İmam Cüməsi sonra deyib: "İslam dini ilə mübarizə və müsəlmanların zəiflədilməsi elə bir siyasətdir ki, imperializm bu siyasət vasitəsilə İslam ölkələrinin maddi və mənəvi sərvətlərini qarət etmək ardıncadır və onun yeganə həll yolu müsəlmanlar arasında birlik və vəhdətin qorunması və işğal edilmiş islami məntəqələrin azad edilməsinə səydir."
İslam dininin sülh və dostluq dini olduğunu bildirən Ayətullah Müctəhid Şəbistəri  "Müsəlmanlar hər cür müharibə, təcavüzkarlıq və müstəmləkəçiliklə müxalifdirlər və bütün münaqişələr və toqquşmaların həll yolunun sülh və barışla nəticələnən danışıqlar olduğu qənaətindədirlər", - deyə qeyd edib.
Təbrizin İmam Cüməsi sonra deyib: "Tarix, Amerika və sionist İsrail rejiminin dünyada saziş yaratmaq istədiyi planların, yalnız öz hədəfləri və mənafelərinə çatmaq uğrunda olduğunu göstəribdir və Amerika və sionist rejimə etimad həmişə İslam Dünyasının zərərinədir."
Ayətullah Xameneinin Şərqi Azərbaycan Əyalətindəki nümayəndəsi sonda  "Qüdsi-Şərifin işğalından 60 ildən çox bir zamandır ki, ötür. Əgər böyük qüdrətlər həqiqətən regionda saziş və dinclik ardınca olsaydılar, çox öncələrdən İsrail bu məntəqəni tərk etmiş olmalı idi", - deyə bildirib. 
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.