haberL haberR

"Xobraqan"ın yeni sədrindən ilk mesaj: Vilayəti-fəqih...

Kateqoriya: Region Yayımlama tarixi: 24.05.2016 19:38:40

Ayətullah Cənnəti yeni postunda ilk çıxışını edib.

Xəbər verdiyimiz kimi İranda “Xobreqan” ekspertlər məclisinin yeni sədri seçilib ətraflı.

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, ölkənin “Xobreqan” məclisinin yeni sədri Ayətullah Cənnəti, məclis üzvlərinin inqilab düşüncəli olduqları halda xalqın da bu düşüncədə olacağını vurğulayaraq deyib: “Məclis üzvləri missiyalarını yerinə yetirə bilmək üçün vilayəti-fəqih nəzəriyyəsini dil və qəlblə qəbul etməlidirlər. Vilayəti-fəqih Peyğəmbər (s) və imam Əlinin (ə) vilayətidir. Ayətullah Xameneinin kölgəsi altında elə işlər görməliyik ki, həm Allah, həm də inqilab rəhbəri bizdən razı olsun. Məclisimizin ilkin hədəfi vəhdət və birliyin qorunmasıdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.