haberL haberR

"Xobreqan” məclisinin sədrindən ilk mesaj: "Düşmən bilsinki alınmayacaq..."

Kateqoriya: Region Yayımlama tarixi: 10.03.2016 10:17:09

“Xobreqan” məclisinin sədri Ayətullah Muhəmməd Yəzdi "xobraqan" məclisinin son iclasında açıqlama verib

İranın “Xobreqan” məclisinin rəhbəri yeni heyətin hazırdaki heyətilə həmfikir olduğunu açıqlayıb.

İslamazeri.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Muhəmməd Yəzdi dünyanın hələ vəliyyi-fəqih hakimiyyətini anlaya bilməməsinə işarə edərək deyib: “Ölkə daxilində olan bəziləri də bu hakimiyyətin mahiyyətini dərk edə bilməyib və bilməyəcəklər. Rəhmətlik imam, fəqihin vilayətinin Peyğəmbər (s) hakimiyyəti ilə eyni olmasını bəyan etmişdi. Yəni mahiyyətləri eynidir".

"Xobraqan" sədri məclisin yeni heyətindən məmnunluğunu qeyd edərək "Bu məclisin vəzifəsi rəhbərin təyin olunması və şərtlərin davamlı olmasına nəzarət etməkdir. Biz Allaha şükür edirik ki, bu hakimiyyət imam Xomeyninin əli ilə yarandı. Düşmən bu hakimiyyətin mahiyyətini dəyişmək niyyətindədirsə, bilsinki alınmayacaq!”, - deyə bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.