haberL haberR

"Xobrəqan" seçkilərinin nəticələri dəqiqləşib

Kateqoriya: İslam Yayımlama tarixi: 29.02.2016 16:00:00

İranda Ekspertlər Şurasına keçirilən seçkilərin yekun nəticələri açıqlanıb

İslamazeri.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxtda əhalinin seçkilərdə aktivliyi 50% təşkil edib. Tehranda 6125 qutudan çıxan 4178524 səsdən qeydə alınan nəticələr belədir:

1.Əkbər Haşimi Rəfsəncani (məsləhət şurasının sədri)

2.İmami Kaşani (imam cümə)

3.Həsən Ruhani (prezident)

Tehranın imam cümələrindən olan Müvəhhidi Kermani 5, dövlətin nəzarət təftiş komitəsinin sədiri Əhməd Cənnəti isə 16-cı yerdədir.

Əli Əkbər Haşimi Rəfsəncani 2301409 səs toplayaraq bundan öncəki Xobreqan Ekspertlər Şurası seçkilərinin rekordunu qırıb. Hökuməti tənqid edən ayətullahlar Xobrəqanın hazırkı sədri Məhəmməd Yəzdi və ayətullah Misbah Yəzdi lazımi qədər səs toplaya bilməyiblər. Tehranda islahatçılar düşərgəsinin demək olar ki, bütün namizədləri qələbə qazanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.