haberL haberR

Xocalı faciəsi ilə bağlı Qvatemala parlamentindən qərar (Foto)

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 08.10.2015 14:38:05

Parlament qətnamə qəbul edib

Qvatemala parlamenti Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edib.

Verilən məlumata görə, Qvatemala Konqresinin 6 oktyabr tarixindəki iclası zamanı müzakirə olunan məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı aktları olub.

Xocalı faciəsi ilə bağlı qətnamə səs çoxluğu ilə qəbul edilib. Qətnamədə qeyd olunub ki, 20 faiz Azərbaycan torpaqlarının işğalı zamanı 30 min Azərbaycan vətəndaşı öldürülüb, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. (apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.