haberL haberR
Qərb mətbuatı Yəmən inqilabının rəhbərini "yeni Nəsrullah" kimi təqdim edib

Keyhan qəzeti yazlrki, "Middle East Online" Əbdülməlik Husini Yəməndə Fars körfəzinin digər bir Həsən Nəsrullahı adlandıraraq qeyd edib: "Husilər Səna şəhərini ələ keçirdikdən sonra siyasi ekspertlər belə düşünür ki, Yəmən şiələrinin təşkilatlanması Livan Hizbullahının təcrübəsi ilə eynidir".

 

Daha sonra "Middle East Online" yazır: "Əbdülməlik Husinin hərəkətlərini dəqiq izlədikdə, əsasən də onun itaətində olan mübarizlərin "Ənsarullah" təşkilatı bayrağı altında Səna şəhərində nəzarəti tamamilə ələ aldıqdan sonra belə məlum olur ki, o "Ənsarullah" təşkilatının strateji hidayətində, habelə şəxsiyyət baxımından və çıxışı zamanı rəftarları Livanın Hizbullah təşkilatının rəhbəri ilə eyni olmaqdadır. Həqiqətdə Husilər siyasi və hərbi strategiyada 2008-ci ildə Beyrutda Hizbullahın hərəkətlərini təqlid edirlər".

 

 "Ənsarullah adını özlərinə seçmiş Husilər, hökumət qüvvələri tərəfindən heç bir müqavimətlə qarşılaşmadan Səna şəhərində nəzarəti ələ aldılar. Husi şiələrinin və Ənsarullah təşkilatının mənəvi rəhbəri öz çıxışlarında və düşməni təhdid etməkdə Livan Hizbullah rəhbəri Seyid Həsən Nəsrullahın yolunu gedir və onu özünə örnək seçmişdir. O da Seyid Həsən Nəsrullah kimi təhdid etməkdə və vədə verməkdə barmağından istifadə edir, əzəmət və səlabətli sözlərdən istifadə edir. Husilərin rəhbərinin bütün hərəkət, davranış və tərəfdarları ilə anlaşması Hizbullah rəhbəri ilə çox oxşardır" - "Middle East Online" sonda qeyd edib./AranNews/

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.