Yağış Astaranı öz suyuna qərq etdi
Kateqoriya: Hadisə
Yayımlama tarixi: 20.10.2014 13:22:02
1287 dəfə oxunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 19-da ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib. Yağış bəzi ərazilərdə intensivləşib, Lənkəran-Astara zonasında isə güclü olub.
Nazirlikdən islamazeri.az-a verilən məlumata görə, ən çox düşən yağıntının miqdarı Astarada 70 (aylıq normanın 26 faizi), Yardımlıda 53 (aylıq normanın 51 faizi), Lənkəranda 49, Göytəpədə 37 (aylıq normanın 36 faizi), Rvarudda (Lerik) 29, Biləsuvarda 24 (aylıq normanın 52 faizi), Lerik, Kəlvəzdə 19, Ordubad, Salyanda 18, Neftçalada 16 (aylıq normanın 35 faizi), Bakıda və Abşeron yarımadasında 3-15, Naxçıvan MR-da 2-13, Kiçik Qafqazda 4-10, Böyük Qafqazda 1-9, Mərkəzi Aran rayonlarında 1-5 mm təşkil edib.
Qubanın Susay məntəqəsində, Qusarın Ləzə stansiyasında, Kəlvəzdə sulu qar, qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlvəzdə 16 sm olub.
Şimal-qərb küləyinin sürəti Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarda 30 m/s-dən artıq olub, bir çox rayonlarda isə 15 m/s-dən 27 m/s-dək güclənib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.