haberL haberR

Yağışdan çıxdıq, yeşiyə düşdük - Fotolar

Kateqoriya: Ölkə Yayımlama tarixi: 30.03.2016 12:41:00

Məlum olduğu kimi, iki gündür ölkəyə, o cümlədən paytaxt Bakıya yağış yağır.

Ölkənin başqa yerlərində yağış aylıq normanın filan misli qədər düşəndə təbii fəlakətə səbəb olursa, Bakıda günlük normanı aşan kimi fəlakət olur.

Dünənki sağanaq yağışın nə kimi problemlər yaratdığını mediadan bilirsiniz. Bugünkü çiskin yağış isə xoşbəxtlikdən problem yaratmayıb: yollarda keçilməz gölməçələr əmələ gəlməyib, əydəmli səkilərdə dağ çayına bənzər su şırnağı yoxdur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, aşağıda görəcəyiniz şəkillər dünənki yağışdan sonra Bakının bugünkü halını əks etdirir. Asfalt üzərində gördüyünüz yeşiklər isə dünənki seldən adlamaq üçün nəzərdə tutulmuş körpüdür. İstəsəniz, yol ötürücüsü də deyə bilərsiniz. Çünki adamlar dünən o yeşiklərin üstü ilə addımlayaraq yoldan ötürdülər.

Bircə şeyə şükür edək ki, 11 iqlim qurşağının heç də hamısı ölkəmizdə deyil. Bir-ikisindən azadıq. Bir də musson yağışlarını təmin edən iqlim qurşağı buralarda olsaydı, Banqladeşin paytaxtı Dəkkə ilə Bakının fərqi olmazdı, yəqin ki.

Hələlik Bakı belədir. Bu şəkilləri "Yeni Müsavat"ın reportyorları şəhərin müxtəlif yerlərində çəkiblər.

Yağışdan çıxdıq, yeşiyə düşdük - Fotolar

/haberimaj/habergaleri/6M3Y5H6K5U3Y.JPG
  1. Yağışdan çıxdıq, yeşiyə düşdük - Fotolar

  2. Yağışdan çıxdıq, yeşiyə düşdük - Fotolar

  3. Yağışdan çıxdıq, yeşiyə düşdük - Fotolar

  4. Yağışdan çıxdıq, yeşiyə düşdük - Fotolar

  5. Yağışdan çıxdıq, yeşiyə düşdük - Fotolar

  6. Yağışdan çıxdıq, yeşiyə düşdük - Fotolar

  7. Yağışdan çıxdıq, yeşiyə düşdük - Fotolar

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.