haberL haberR

​"Yahoo!" işçi ştatını 15% azaldacaq və 5 ofisini bağlayacaq

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 03.02.2016 10:00:20

Amerikanın "Yahoo!" şirkəti işçi ştatının 15 faiz azaldılması, həmçinin 5 şəhərdə eyni sayda bölməsinin bağlanması planları barədə rəsmi məlumat yayıb

"Report" xəbər verir ki, bu barədə şirkətin press-relizində bildirilir.

" "Yahoo!" öz işçi ştatını təqribən 15 faiz azaltmaq və Dubay, Mexiko, Buenos-Ayres, Madrid və Milandakı 5 ofisinin fəaliyyətini dayandırmağı planlaşdırır", — deyə şirkətdən qeyd olunub.

Dəyişikliklərin əksəriyyətinin 2016-cı ilin I rübündə edilməsinin planlaşdırıldığı vurğulanır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.